"Barselona"nın müdafiəçisi İniqo Martinez komandada çıxışını davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu ilə 2026-cı ilin yayına qədər davam edəcək yenilənmiş müqavilə imzalanıb.
Xatırladaq ki, ispaniyalı "Barselona" forması ilə 58 oyuna çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib. Hazırda İspaniya çempionatının turnir cədvəlinə "Barselona" başçılıq edir.