AZ

Ləğv olunacağı deyilən quruma yeni təyinat: Nə baş verir?

  Dövlət Gömrük Komitəsi (DGK) ətrafında müzakirələr bir müddətdir dayanmır. Xüsusilə qurumun ləğvi istiqamətində fikirlər səsləndirilirdi. Hətta iddia olunurdu ki, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti birləşdiriləcək. Bu fonda Prezidentin son sərəncamı diqqət çəkdi. Belə ki, martın 12-də DGK-nın sədri Şahin Bağırova yeni müavin təyin edildi.

Dövlət Gömrük Komitəsində nə baş verir?

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, qurumda əvvəlki narazılıqların aradan qaldırılması üçün böyük işlər görülür:


hafiz
Hafiz Hacıyev

“Gömrük Komitəsinin ləğvini düzgün hesab etmirəm. Həmçinin onu başqa nazirliklərə birləşdirməklə heç nəyə nail olmayacağıq, əksinə, daha pis olacaq. Bugünkü gömrük rəhbərliyi yaxşı işlər görür, onun sayəsində qurumda müəyyən korrupsiyanın kökü kəsilib və sair. Yeni gələn müavin də uğurlu kadrdır. Düşünürəm ki, qurum müstəqil qalmalı, dövlətə layiqli xidmət etməlidir”.

 
İqtisadçı Natiq Cəfərli isə əksini düşünür:


Natiq Cəfərli

“Görünən odur ki, DGK-nın ayrıca bir qurum kimi fəaliyyət göstərməsi böyük önəm daşıyır. Ona görə də strukturlarının gücləndirilməsi barədə qərarlar verilir. Mümkündür ki, təyinat Gömrük Komitəsində yenidən islahatların olunması ilə bağlıdır. Ümumilikdə isə DGK-nın ayrıca qurum kimi qalması məqsədəuyğun deyil. Bütün vergi və gömrük orqanlarının bir nazirlik və ya komitənin daxilində toplanması daha doğrudur”.  

Seçilən
24
1
referans.az

2Mənbələr