AZ

3 gündür axtarılan 80 yaşlı qadın huşsuz vəziyyətdətapıldı

Türkiyənin Kütahya vilayətinin Gediz rayonunda 3 gün əvvəl itkin düşən alzheimer xəstəsi 80 yaşlı Cevriye Memiş, bir çay yatağı yaxınlığında huşsuz vəziyyətdə tapılıb.

Redaktor.az xəbər verir ki, O, Uluoymak məhəlləsindəki evindən məscidə getmək üçün çıxıb və geri qayıtmayıb. Hadisədən sonra polis, jandarma və AFAD qrupları tərəfindən genişmiqyaslı axtarış əməliyyatı başladılıb. Təhlükəsizlik kameralarının görüntüləri analiz edildikdən sonra qadının məscid istiqamətində hərəkət etdiyi müəyyən edilib və axtarış həmin ərazidə cəmləşdirilib.

Üç günlük axtarışdan sonra Memiş, rayondan 5 km uzaqlıqda, "Muhipler Göleti" ətrafındakı çay yatağında huşsuz vəziyyətdə tapılıb. İlk tibbi müdaxiləsi xilasetmə qrupları tərəfindən yerində edilib və daha sonra Gediz Dövlət Xəstəxanasına aparılıb.

Kənan YUSİF 

Seçilən
20
redaktor.az

1Mənbələr