İrəvanla Ankara arasında münasibətlərin nizamlanması zaman məsələsidir.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə açıqlamasında deyib.
"Məsələ normallaşmanın olub-olmayacağı deyil, bunun nə vaxt baş verəcəyidir. Bu, an məsələsidir. Və biz səbrlə, "zərər vermə" prinsipi ilə hərəkət etməliyik. Məncə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması an məsələsidir”, - deyə hökumət başçısı vurğulayıb.