AZ

"Real Madrid" əsas müdafiəçisini itirdi

"Real"ın müdafiəçisi Ferland Mendi Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab oyununda sıradan çıxıb.

90deqiqe.Az xəbər verir ki, 29 yaşlı futbolçu sol budunun arxa hissəsindən zədə alıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspan mətbuatının məlumatına görə, fransalının sağalması üçün təxminən 3-4 həftə vaxt lazım olacaq.

Bu mövsümdə bütün yarışlarda Mendi 30 matça çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

Seçilən
8
90deqiqe.az

1Mənbələr