AZ

Tramp: Rusiyanın atəşkəsdən imtinası dünya üçün çox məyusedici olacaq

Rusiyanın atəşkəsdən imtinası dünya üçün çox məyusedici olacaq.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO Baş Katibi Mark Rutte ilə görüşdən sonra birgə mətbuata açıqlamasında deyib.

Ağ Ev rəhbəri Mark Rutte ilə Ukraynaya dair müzakirə etdiyi məsələləri də açıqlayıb.

“Biz Rusiya tərəfdən atəşkəsi görmək istərdik. Ukrayna ərazilərini, eləcə də ələ keçirilən və saxlanılan əraziləri, eləcə də yekun razılaşmanın digər elementlərini müzakirə etdik. Bildiyiniz kimi böyük bir enerjisi stansiyası məsələsi də var, bu stansiya kimin olacaq, kim nəyi əldə edəcək və.s. Bildiyiniz kimi bu asan bir proses deyil, lakin birinci mərhələ atəşkəsdir. Bir çox individual məsələlər də müzakirə edildi. Biz müxtəlif konseptləri müzakirə etdik, atəşkəs zamanı vaxt itirilməməlidir, yoxsa bunun bir mənası olmaz. Beləliklə biz nə əldə edə bilərsən, nə edə bilməzsən onu deyirik. Onlar NATO-nu və NATO-da olmağı müzakirə ediblər amma hər kəs cavabı bilir. Beləliklə yekun razılaşmanın bir çox detalları müzakirə edildi. İndi biz baxıb görəcəyik ki Rusiya da bu məsələdə var, ya yox. Əgər olmasalar bu dünya üçün çox məyusedici bir an olacaq”.

Donald Tramp Ukrayna ilə bağlı dalandan çıxıldığını və yaxşı hadisələrin olacağını vurğulayıb. O, Ukrayna ilə minerallarla bağlı razılaşmanın ABŞ-nin müharibə zamanı xərclədiyi vəsaiti artıqlaması ilə geri qaytaracağını vurğulayıb.
Seçilən
21
5
sherg.az

6Mənbələr