AZ

“Elektrik stansiyasını kim alacaq?” - Tramp

Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını, hansı əraziləri itirəcəyini, bununla bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir.   Manset.az Sky News-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə deyib. “Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Bu, asan proses deyil”, - Amerika lideri təfərrüatlara varmadan bildirib.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Ukrayna tərəfi NATO və alyansa qoşulma mövzusuna toxunub.

Seçilən
2
1
manset.az

2Mənbələr