Kələm turşusu süfrələrin bəzəyi sayılır.
El arasında ona "molokan kələmi" də deyilir.
Kələm turşusu sağlamlığımız üçün olduqca vacib probiotik, prebiotik, qidalı liflər, fermentlər və vitaminlərlə zəngindir.
Dietoloq Leyla Sarıyeva Hit.az xəbər verir ki, kələm turşusu bağırsaqların sağlamlığını qoruyur:
"Kələm turşusu həm probiotik, həm də prebiotiklərlə zəngindir. Prebiotiklər isə faydalı mikrofloranın qorunması və çoxalmasını təmin edir. Həmçinin , qidalı liflərlə zəngin olan kələm turşusu bağırsaqların normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır. Kələm turşusu immun sistemini möhkəmləndirir".
Sevinc