AZ

DİQQƏT: Saray körpüsü bu tarixdə açılacaq

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

NOCOMMENT.az-ın məlumatına görə, körpünün mart ayının 15-də tam istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edir və ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunub.

Artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

Eyni zamanda, körpününün üzərində müvafiq yol nişanları quraşdırılıb, zolaqlar çəkilib.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

Seçilən
6
1
nocomment.az

2Mənbələr