“Məni təəccübləndirən o oldu ki, siz çıxışınızda dediniz ki, “Su kiçik üçün, söz böyüyündür” deyimi var. Məsələ burasındadır ki, bizdə də belə bir söz işlədilir. Məni Türkiyə təmsilçiləri ilə təmaslarımızda ən çox təəccübləndirən də bu olub”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, türk rəsmiləri ilə görüşlərdə, müxtəlif deyimlərlə bir-birlərinə müraciətlər edirlər: “Mübaliğə etmək istəmirəm, amma yəqin ki, Türkiyə təmsilçiləri ilə söhbətimdə azı 3-4 dəfə bu atalar sözündən sitat gətirmişəm. Türk həmsöhbətlərim “bilirsinizmi, bizdə də belə bir söz var” deyiblər.
Sizin də çıxışınızın lap əvvəlində işlətdiyiniz bu ifadə Ermənistanda çox yayılmış bir deyimdir və mən bunu bizim böyüklərimizdən də minlərlə dəfə eşitmişəm. Valideyn və ağsaqqal kimi özüm də bu sözdən uşaqlarımla ünsiyyətdə istifadə edirəm. Əgər bu bir mesaj kimi qəbul edilsə, məncə, bu, olduqca yaxşı icmarış olar”.