ABŞ Çinin Panama kanalı üzərində təsirini azaltmaq üçün Panamada hərbi mövcudluğunu gücləndirə bilər...
Poliqon xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Ağ Ev ABŞ Ordusuna Prezident Trampın Panama kanalını geri almaq məqsədinə nail olmaq üçün Panamada ABŞ qoşunlarının mövcudluğunu artırmaq variantlarını təklif etməyi tapşırıb”, bəyanatda deyilir.
Qeyd olunur ki, Pentaqon müxtəlif variantlar üzərində işləyir - Panama ordusu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsindən tutmuş kanalın ələ keçirilməsinə qədər. Üstəlik, güc tətbiqinə yalnız Panama rəhbərliyi əməkdaşlıqdan imtina etdikdə icazə verilir.
Fevral ayında Pentaqon katibi Pit Heqset və Panama prezidenti Xose Raul Mulino telefon danışığında iki ölkənin sıx əlaqələri və ortaq təhlükəsizlik maraqlarını müzakirə ediblər. Panama kanalının qorunması məsələsinə toxunublar.
Poliqon.info