"Barselona" futbolçusu İniqo Martineslə müqavilə yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçi ilə yeni müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Onun əvvəlki sözləşməsi 2025-ci ilin yayına qədər idi.
Qeyd edək ki, Martines cari mövsüm 33 matça çıxıb, 4 qol vurub və 4 qolun ötürməsini verib.