Saratov hava limanı müvəqqəti olaraq bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Rosaviasiya" nümayəndəsi Artyom Korenyako özünün "Telegram" kanalında bildirib.
“Saratov hava limanının fəaliyyəti üçün Moskva vaxtı ilə saat 22:30-dan etibarən müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - deyə o qeyd edib.
Korenyako vurğulayıb ki, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.