...Rusiya Dövlət Dumasına ezoterik xidmətləri qadağan edən qanun layihəsi təqdim edilir.
SİA-nın məlumatına görə, ruslar ölkədə astroloqlar, ekstrasenslər, sehrbazlar və falçıları qadağan edə bilərlər.Sorğunun nəticələrinə görə, rusiyalıların təxminən yarısı fövqəlgüclərə və ya xüsusi hədiyyələrə malik insanların mövcudluğuna inanır, bəziləri hətta belə insanların köməyinə müraciət edir.
Respondentlərin 43 faizi keçmişi görə bilən və ya gələcəyi proqnozlaşdıra bilən insanların olduğuna əmin olduğunu deyir.
23 faiz isə onlarla şəxsən heç vaxt qarşılaşmadığını deyir. 20 faiz nəinki sehrbazların, falçıların və ekstrasenslərin mövcud olduğuna inanmır, həm də onlarla görüşüb və bu insanların qabiliyyətlərini şəxsən yoxlayıb.
Respondentlərin 10 faizi özlərinin müəyyən qabiliyyətlərə malik olduğunu bildiriblər.
44 faiz qeyd edib ki, bütün bunlara inanmırlar və fövqəltəbii olan hər şeyi sadəlövh insanların fərziyyələri və şarlatanların hiylələri hesab edirlər.
Digər 3 isə isə “digər”ə səs verməyi seçib və verilən suala dəqiq cavabı olmadığını bildirib.
Sorğuda ümumilikdə 5,5 min nəfər səs verib.
Nazlı Almuradova