AZ

Tramp Rutteni “üzünə” təriflədi: Məhz onun sayəsində…

Şimali Atlantika Alyansı bu şəxsin sayəsində güclənir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə Ağ Evdə görüşündə onu tərifləyərkən deyib.

“Bu adam (Rutte – red.) yalnız irəliyə doğru addım atmağı bacaran adamdır. Və biz eyni məqsədi güdürük. Biz müharibənin bitməsini istəyirik və o öz işini görür. O öz işini necə yaxşı görəcəyini bilir. Ona görə də mən onun bu işi əldə etməsi üçün mübarizə apardım, çünki onların (avropalıların – red.) başqa namizədləri də var idi ki, sizə deyim ki, o, bu vəzifənin öhdəsindən heç də yaxşı gəlməyəcəkdi”, - Tramp bildirib.

Rutte zarafatla müdaxilə edib ki, ailə arxivi üçün Trampın ifadələrini lentə almağa ehtiyac olacaq.

Tramp “okeanın o tayında olmalarına” baxmayaraq, NATO-ya daha çox pul xərcləmələrindən, avropalıların amerikalılara qarşı ədalətsiz davranmasında şikayətlənib, bununla belə, Ukrayna ilə yeni mədən sazişinin ABŞ-a çox şeylər qazandıracağına əminliyini vurğulayıb və “çox yaxşı şeylər olacağına” inamını ifadə edib.

Seçilən
17
axar.az

1Mənbələr