“Ukraynada müharibənin həlli yalnız atəşkəslə deyil, həm də “əsl sülh razılaşması” ilə nəticələnməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Cənubi Afrikaya səfəri zamanı deyib.
“Ukrayna üçün ədalətli və davamlı sülh üçün çalışmağımız vacibdir. Biz hər iki tərəfi təkcə atəşkəs deyil, real sülh razılaşmasına aparacaq proses haqqında fikir mübadiləsi apardıq”, - xanım sədr bildirib.