AZ

MY 10 futbolçusunu satacaq

"Mançester Yunayted" köklü dəyişikliklərə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Caughtoffside" portalına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Ruben Amorim yay transfer pəncərəsi zamanı heyətdə böyük təmizləmə aparmağı planlaşdırır.

Portuqaliyalı mütəxəssis komandanın nəticələrindən narazıdır və ciddi dəyişikliklərə ehtiyac görür.

Amorim 10 oyunçu ilə yollarını ayırmağa hazırdır: Markus Raşford, Rasmus Hojlund, Entoni, Kazemiro, Ceydon Sanço, Meyson Maunt, Kristian Eriksen, Viktor Lindelof, Conni Evans və Tom Hiton.

Seçilən
19
operativmm.az

1Mənbələr