AZ

“Mən bu şeyləri xoşlamıram, bəzi jestlər gördüm, bəyənmədim”

“Real”ın keçmiş futbolçusu Klarens Zeedorf “kral klubu”nun “Atletiko” ilə oyunundan danışarkən futbolçuların hərəkətlərini tənqid edib.

Sportinfo.az “Relevo”-ya istinadən xəbər verir ki, o, “Real”ın oyunçularının bəzi davranışını bəyənmədiyini deyib:

“Real”ın oyunçularının bəzi hərəkətlərini bəyənmədim. Rəqibin azarkeşlərinə hörmət etməliyik.

Bu şeyləri xoşlamıram. Aydındır ki, tribunalarda yüksək səviyyədə “Real” azarkeşləri var idi.

Amma bəzi jestlər gördüm ki, bəyənmədim. Mən onlar haqqında danışmayacam. Doğru dəyərlərlə qalib gəlmək lazımdır”.

Qarşılaşmada Karlo Ançelottinin komandası penaltilər seriyasında qalib gəlib.

“Real” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşacaq.

Seçilən
28
sportinfo.az

1Mənbələr