ABŞ prezidenti Donald Tramp Avropada nüvə silahının daha da yayılmasının əleyhinədir.
APA xəbər verir ki, bunu “Fox News”a müsahibəsində ABŞ-nin vitse-prezidenti J.D.Vens deyib.
“Mən prezidentlə bu barədə konkret danışmamışam, amma o, nüvə silahının Şərqi Avropaya daha da yayılmasını dəstəkləsəydi, şoka düşərdim”, - Vens vurğulayıb.