AZ

Səudiyyə Ərəbistanının “Güzgü Xətti” layihəsi böyük risk altındadır

Bakı. Trend:

Səudiyyə Ərəbistanının səhranın ortasında inşa etməyiplanlaşdırdığı futuristik göydələn-şəhər "The Line" layihəsixərclərin sürətlə artması səbəbindən ciddi çətinliklərləüzləşib.

Trend xəbər verirki, layihənin tamamlanmasının 2080-ci ilə qədər uzanacağı və ümumixərclərin 8,8 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Buməbləğ krallığın illik büdcəsindən 25 dəfə çoxdur.

Daha da maraqlısı odur ki, mətbuata sızan audit hesabatında bəzirəsmilərin şişirdilmiş xərcləri gizlətmək üçün rəqəmlərisaxtalaşdırmağa çalışdığı iddia edilir.

İlkin plana əsasən, 160 kilometr uzunluğunda olması nəzərdətutulan göydələnin reallaşması qeyri-mümkün görünür. Artıq 2034-cüilə qədər tikilməsi planlaşdırılan ilk seksiyanın uzunluğu 16kilometrdən 2,4 kilometrə qədər azaldılıb.

Bununla yanaşı, layihənin xərclərini azaltmaq məqsədiləgöydələnin hündürlüyünü endirmək tövsiyəsi Səudiyyə Ərəbistanınınvəliəhdi və baş naziri Məhəmməd bin Salman Al Səud tərəfindən sərtetirazla qarşılanıb.

Seçilən
18
az.trend.az

1Mənbələr