AZ

Rusiya Zelenski üçün geri sayıma başlayıb

Ukrayna lideri Vladimir Zelenski üçün Kursk vilayətində Ukrayna ordusunun məğlubiyyətinin başa çatması fonunda geri sayma başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının rəhbəri və yeni regionların inteqrasiyası üzrə əlaqələndirmə şurasının həmsədri Vladimir Roqov RİA Novosti ilə söhbətində bildirib.

“Zelenski rejimi üçün geri sayım təkcə Kursk cəbhəsində deyil, ümumilikdə başlayır”, o vurğulayıb.

Roqovun sözlərinə görə, buna görə də Ukrayna lideri bununla bağlı hər hansı atəşkəsə hazırdır. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri qrupunun Kursk vilayətində məğlubiyyəti Ukrayna qoşunlarının mənəviyyatının yüksəldilməsinə kömək etmir.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr