Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və nələri itirəcəyini, həmçinin bu məsələ ilə bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
“Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Onu və ya bunu kim alacaq? Bu asan proses deyil", - Amerika lideri təfərrüatlara varmadan danışıb.
ABŞ prezidenti həmçinin qeyd edib ki, Ukrayna tərəfi danışıqlarda NATO və alyansa qoşulma mövzusuna toxunub. Tramp vurğulayıb ki, “cavabın nə olduğunu hamı bilir və cavabı 40 ildir bilir”.
Tramp digər məsələlərlə yanaşı, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna ilə ərazi güzəştlərinin müzakirə olunduğunu bildirib. Eyni zamanda, Ağ Ev rəhbəri vurğulayıb ki, ilk növbədə Rusiya tərəfində atəşkəsə nail olmaq lazımdır.