AZ

63 yaşlı qadın öz saxladığı itin qurbanı oldu - TƏFƏRRÜATLAR - VİDEO

Qadın həyətində saxladığı itin hücumuna məruz qalıb.

Day.Az xəbər verir ki, Goranboyda it 63 yaşlı sahibinə hücum edərək, onu ağır yaralayıb. Hadisə rayonun Baxçakürd kəndində baş verib.

Kənd sakini Aybəniz Kərimova heyvanlara ot gətirən zaman it ona hücum edib. Qadını oğlu və gəlini itin əlindən xilas edə biliblər.

Ağır bədən xəsarətləri alan qadın Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Hazırda vəziyyəti ağır olan qadın həkim nəzarətində saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
3
day.az

4Mənbələr