AZ

Ürəyi, beyni, dərini qoruyan kiçik, lakin güclü çərəz: Püstənin faydaları nələrdir?

Ürəyi, beyni, dərini qoruyan kiçik, lakin güclü çərəz:

Püstə həm dadlı, həm də sağlamlıq üçün faydalı olan qidalar siyahısında yer alır. Bu kiçik, lakin güclü çərəz bədənə bir çox müsbət təsir göstərə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, piylənmənin qarşısını alır, çünki sağlam yağlar və liflər baxımından zəngindir, uzun müddət toxluq hissi yaradır və iştahı azaldır. Bu isə çəki idarəetməsinə kömək edir. Eyni zamanda, ürək sağlamlığı üçün də faydalıdır, çünki pis xolesterolu azaldaraq ürək xəstəlikləri riskini aşağı salır.

Püstə güclü antioksidantlarla zəngindir. Onun tərkibindəki E vitamini və polifenollar hüceyrələri sərbəst radikalların zərərindən qoruyur və iltihabı azaldır. Eyni zamanda, xolesterini balansda saxlamaq üçün faydalı olan doymamış yağlarla zəngindir.

Dərini qidalandıran E vitamini və bədənə lazımi enerjini verən maqnezium baxımından olduqca zəngindir. Həmçinin şəkər səviyyəsini sabit saxlamağa kömək edən aşağı glisemik indeksə malikdir, buna görə şəkər xəstələri üçün də faydalı qida hesab edilir.

Qan dövranını yaxşılaşdırmağa kömək edən amin turşuları, xüsusilə də arginin tərkibi ilə ürək sağlamlığı üçün faydalıdır. Bununla yanaşı, bədəndə iltihabı azaldaraq ürək xəstəlikləri riskini aşağı salmağa kömək edə bilər.

Püstə istehlakı təkcə fiziki sağlamlıq üçün deyil, həm də beyin funksiyalarını dəstəkləməkdə mühüm rol oynayır. Püstə tərkibindəki antioksidantlar və vitaminlərlə beyin hüceyrələrinin qorunmasına kömək edir, yaddaşı gücləndirir və yaşlanma ilə bağlı beyin funksiyalarının azalmasının qarşısını ala bilər.

Könül Oruc

E-saglam.az


Seçilən
23
e-saglam.az

1Mənbələr