1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ağstafada dönərdən zəhərlənən şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
"Martın 13-də, saat 17:15-dən 21:40-a kimi on nəfər (ikisi kişi, səkkizi qadın cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunublar. Onlara zəruri tibbi yardım göstərilib", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova