.jpg)
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən bildirilib ki, Fondun xətti ilə indiyədək 53 min 439 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 3 milyard 406 milyon 521 min 037 manatdır.
Kirayəçilərin istifadəsinə 6763 yaşayış sahəsi verilib.