Çinin "CCTV" dövlət telekanalınınməlumatınagörə, sammitə hər üç ölkənin xarici işlər nazirlərinin müavinləri: Ma Çausu, Sergey Ryabkov və Kazım Qəribabadi qoşulublar.
Ötən həftə ABŞ Prezidenti Donald Tramp nüvə proqramı ilə əlaqədar danışıqların bərpası üzrə rəsmi Tehrana təklif məktubu göndərsə də, iranlı həmkarı Məsud Pezeşkiyan "ABŞ-nin hədə-qorxusuna, əmrlərinə boyun əyməyəcəyini" dilə gətirib.
Xatırladaq ki, 2015-ci ildə İran ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya ilə saziş bağlayaraq, beynəlxalq sanksiyaların ləğvi müqabilində öz nüvə proqramını məhdudlaşdırmağa razılıq verib. Hərçənd 2018-ci ildə Donald Tramp ilk prezidentliyi dövründə sazişdən çıxıb və razılaşma o vaxtdan bəri nəticəsiz qalıb.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta