AZ

ABŞ-dan bu ölkə ilə bağlı şok qərar

Tramp administrasiyası Misir ordusuna hərbi yardımı kəsmək qərarı ilə bağlı Qahirəyə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, qeyri-rəsmi Misir nümayəndə heyəti bu yaxınlarda Vaşinqtona gedərək ABŞ-ın qərarının mümkün nəticələrini müzakirə edib.

Nümayəndə heyətində Ərəb Liqasının keçmiş baş katibi, Misirin keçmiş xarici işlər naziri və keçmiş sənaye naziri olub.

Misir rəsmiləri ABŞ administrasiyası ilə təmaslarında hərbi əməkdaşlığın vacibliyini vurğulayıblar. Həmçinin Misir ordusunun regional sabitliyi qorumaq məqsədi ilə hərəkət etdiyi bildirilib.

Heyət ABŞ rəsmilərinə fələstinlilərin Misir və ya İordaniyaya köçürülməsi planlarının təhlükələri barədə xəbərdarlıq edib: “Belə addımlar hər iki hökumətin sabitliyinə təhlükə yaradacaq”.

Seçilən
3
publika.az

1Mənbələr