AZ

"Anar AYB rəhbəri olmaqla ən böyük zərbəni yazıçı kimi elə özünə vurub"

"Anarın doğum günüdür. Azərbaycanda haqqında ən çox yazılan, ən çox tənqid edilən, ən çox müzakirə edilən yazıçı Anardır. Onun müasir nəsrimizdə yeri danılmazdır. Əsasən də “şəhər ədəbiyyatı” kontekstində. Anar nəsr dilinin yenilənməsində müstəsna rol oynayıb. 60-cı illərdə bu işi görmək, “bağ-bağatlı” dildən, sadə müasir dilə keçmək risk tələb edirdi".

Redaktor.az xəbər verir ki, bunu yazıçı İlham Əziz özünün "Facebook" səhifəsində yazıb. Yazıçının sözlərinə görə, onun yaradıcılığı həm də vizuallığı ilə seçilır:

"Hər hansı bir əsərini oxuyanda, gözünün önündə prototiplər canlanır, situasiya gün kimi aydın olur. Anar elit ədəbiyyatın nümayəndəsidir. Nəsrində “vay-şüvən” yoxdur. Onun əsərləri realist düşüncə məhsuludur. İnsan ömrü sayılı günlərdir. Onun ictimai fəaliyyəti də mənim gənclik illərimə təsadüf sdir. Anarın meydan hərəkatı dövründə duruşu da layiqli qiymətini almayıb. Qaldı AYB rəhbəri Anaraın fəaliyyətinə, burda başqa məqamlar mövcuddur. Fikrimcə Anar AYB rəhbəri olmaqla ən böyük ziyanı və zərbəni yazıçı kimi elə özünə vurub. Sovetdənqalma bu təşkilatın bəlkə də ən normal rəhbəri elə Anar ola bilərdi. Başqa təcrübə də yoxdur ki, müqayisə edəsən. Vaxt gələcək AYB də, ev söhbətləri də unudulacaq, müzakirə etməyə canlı şahid də qalmayacaq, ancaq “ Dantenin yubileyi”, “Ağ liman”, “Macal” həmişə yaşayacaq. Odur ki, artıq canlı klassik olan Anara can sağlığı arzu edək. Hələ ömür varkən yazsın!".

Vasif

Seçilən
8
1
redaktor.az

2Mənbələr