Bakıda "Boranı" restoranında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, "Əhmədli" metrostansiyası yaxınlığında restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bakıda "Boranı" restoranında yanğın başlayıb.
***
10:14
Modern.az xəbər verir ki, hadisə restoranlar şəbəkəsinin "Əhmədli" metro stansiyası yaxınlığında olan filialında qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğındansöndürən texnikası cəlb olunub.
FHN-dən bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub: "Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək".