Türkiyədə yol təhlükəsizliyini artırmaq məqsədilə avtomobillərə alkoqol kilidi sistemi tətbiq ediləcək.
Reportyor.tv Türkiyə mediasına istinadən xəbər verir ki, yeni qaydalara əsasən, müəyyən nəqliyyat vasitələrində sürücünün nəqliyyat vasitəsini idarə etməzdən əvvəl alkoqol testi verməsi tələb olunacaq.
Bu sistemin texniki şərtləri artıq müəyyənləşdirilib. Alkoqol səviyyəsi qanuni limiti aşdığı təqdirdə avtomobilin mühərriki işə düşməyəcək. Sistem, əsasən, ictimai nəqliyyat və yük daşımalarında tətbiq ediləcək.
Mütəxəssislər bildirirlər ki, bu tədbir qəza risklərini azaltmaq və sürücülərin alkoqollu vəziyyətdə sükan arxasına keçməsinin qarşısını almaq üçün vacib addımdır. Yeni sistemin tətbiqinə dair konkret tarix hələ açıqlanmasa da, yaxın gələcəkdə istifadəyə verilməsi gözlənilir.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta