AZ

Ötən il zərərsizləşdirilən mina sayı, təmizlənən ərazilər açıqlanıb

2024-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 62023,9 ha ərazidə təmizləmə əməliyyatları icra edilib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Həmin ərazilərdə 65 821 ədəd mina və digər hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Belə ki, 2024-cü ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatlarında Agentlik tərəfindən 43968,7 ha, Müdafiə Nazirliyi tərəfindən 7941,4 ha, Fövqəladə Hallar Nazirliyi tərəfindən 622,4 ha, Dövlət Sərhəd Xidməti tərəfindən 110,3 ha və yerli şirkətlər tərəfindən 9381,1 ha ərazi təmizlənib.

Hesabat dövründə Agentlik tərəfindən 35154 ədəd, Müdafiə Nazirliyi tərəfindən 25304 ədəd, Fövqəladə Hallar Nazirliyi tərəfindən 260 ədəd, Dövlət Sərhəd Xidməti tərəfindən 401 ədəd, yerli şirkətlər tərəfindən isə 4702 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

2024-cü ildə ümumilikdə icra edilən minatəmizləmə əməliyyatlarının 22381,8 hektarı kənd təsərrüfatı, 592,5 hektarı nəqliyyat, 18232 hektarı yaşayış infrastrukturu, 2327,5 hektarı energetika, 18490,1 hektarı isə digər layihələr üzrə əraziləri əhatə edib.

2024-cü ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatlarının 9507 hektarı Ağdam rayonunun, 11173 hektarı Cəbrayıl rayonunun, 8881,4 hektarı Füzuli rayonunun, 5994,4 hektarı Kəlbəcər rayonunun, 7747,5 hektarı Zəngilan rayonunun, 5864,7 hektarı Laçın rayonunun, 2150,3 hektarı Xocavənd rayonunun, 1039,4 hektarı Tərtər rayonunun, 1650,1 hektarı Xocalı rayonunun, 6911,6 hektarı Qubadlı rayonunun, 261,8 hektarı Şuşa rayonunun, 842,7 hektarı isə digər rayonların ərazisində icra edilib.

2024-cü ildə 102, 112, 805 xidməti zəng mərkəzlərinə daxil olmuş sorğular əsasında Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərlə yanaşı, ölkənin digər rayon və şəhərlərində (Ağstafa, Bərdə, Goranboy, Göygöl, Naftalan, Qazax, Samux, Şəmkir, Tovuz, Yevlax, Gəncə, Ağcabədi, Ağdaş, Gədəbəy, Qəbələ, Zərdab) 5,9 min ədəd mina və digər hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

Seçilən
7
apa.az

1Mənbələr