AZ

Putin Trampın atəşkəs təklifi ilə razıdır, amma ...

Rusiya hərbi əməliyyatların dayandırılması ilə bağlı təkliflərlə razıdır, lakin onlar uzunmüddətli sülhə gətirib çıxarmalı və Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmalıdır.

Bunu Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.

“Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, lakin ondan çıxış edirik ki, bu dayandırma elə olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və böhranın ilkin səbəblərini aradan qaldırsın”, - dövlət başçısı qeyd edib.

Putin bildirib ki, o, Ukraynada atəşkəs ideyasını müzakirə etmək üçün ABŞ lideri Donald Trampla zəngləşə bilər: “İdeyanın özü düzgündür və biz bunu mütləq dəstəkləyirik. Amma müzakirə etməli olduğumuz məsələlər var. Düşünürəm ki, biz amerikalı həmkarlarımız və tərəfdaşlarımızla da danışmalıyıq”.

Prezident həmçinin bildirib ki, Kursk vilayətində vəziyyət “tamamilə nəzarətdədir”. Onun sözlərinə görə, “Rusiya qoşunları döyüş təmaslarının demək olar ki, bütün sahələrində irəliləyir”.

O, Amerika lideri Donald Trampa Ukraynanın tənzimlənməsinə bu qədər diqqət yetirdiyinə görə təşəkkür edib. Putin qeyd edib ki, Rusiya və ABŞ enerji məsələlərində razılığa gəlsələr, Avropa İttifaqı yenidən Rusiya qazını aşağı qiymətlərlə ala biləcək.

 

P.ƏMİRCANOV

XQ

Seçilən
31
19
xalqqazeti.az

10Mənbələr