Azərbaycan dövlət universitetlərində maaşlar əsasən dövlət büdcəsindən təyin edilir və sabit olur. Lakin özəl universitetlərdə isə maaşlar bazar tələbinə uyğun olaraq daha yüksək ola bilir.
Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirilib ki, 2024-cü ilin dekabrından UNEC-də pedaqoji heyət üzrə əmək haqqı orta hesabla 15% artırılıb:
“Artımdan sonra orta aylıq əmək haqqı pedaqoji heyət üzrə 1689 manat olub”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəhruz Nəzərov söyləyib ki, ADNSU-nun professor - müəllim heyətində vəzifə maaşları, professor - 2040 AZN, dosent - 1440 AZN, müəllim - 1200 AZN və tyutor - 750 AZN məbləğində əmək haqqı alır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, akademik heyət üzrə orta əmək haqqı 1210 AZN-dir.
Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, LDU-da professor üçün minimum 1700 manatdan başlanır:
"Belə ki, dosent üçün minimum 1260, dərəcəli baş müəllim 1160, baş müəllim 1050, dərəcəli müəllim 960, dərəcəsiz müəllim isə minimum 850 manat alır”.