Azərbaycan Respublikasına 2024-cü ildə ümumi məbləği təqribən 38,74 mln. ABŞ dolları ekvivalenti olan texniki yardım və qrantlar ayrılıb.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, bundan əlavə, ölkəmiz ümumi büdcəsi 11,98 mln. ABŞ dolları ekvivalenti olan 6 regional texniki yardım layihəsinə qoşulub.