1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Aparılmış ikitərəfli danışıqlar nəticəsində bir sıra xarici dövlətlər Azərbaycana minatəmizləmə sahəsində maliyyə və texniki yardımlar göstərib.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, Almaniya 500 min avro (922 min AZN), Belçika 250 min avro (461 min AZN), Çin 500 min yuan (117 000 AZN), İtaliya 1.5 milyon avro (2.76 milyon AZN), BƏƏ 5 milyon ABŞ dolları (8.5 milyon AZN) məbləğində maliyyə dəstəyini elan edib.
Bununla yanaşı, Xorvatiya və ABŞ-də fəaliyyət göstərən Marşal İrsi İnstitutu tərəfindən ölkəmizə minaaxtaran itlər ianə olunub.
Mərahim Nəsib