AZ

Yağların üzərində bu sözləri görüb aldanmayın – Ekspert

Yağ seçərkən diqqətli olmaq lazımdır. Yağların üzərinə baxıb inək şəklini görüb aldanmasınlar. Həmçinin yağın üzərindən “naturalnaya maslo” sözünə də aldanmaq olmaz. Bunlar aldadıcı reklamdan başqa bir şey deyil.

Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bu gün satışda olan yağların keyfiyyəti barədə danışarkən deyib. E.Hüseynov bildirib ki, yağ bazarında acınacaqlı vəziyyət hökm sürür. Çünki çeşid çox, qiymət yüksək, keyfiyyət isə məlum deyil:

“Bayram şirniyyatlarına çox vaxt qarışıq yağlardan istifadə olunur, marqarinlərdən və sair istifadə edirlər. Mümkün qədər bunlardan az istifadə etmək daha məsləhətdir. Yağların üzərinə baxıb inək şəklini görüb aldanmasınlar və yaxud “naturalnaya maslo” sözünə də aldanmaq lazım deyil.
Keçən il biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə “Şedroe Leto”, “Tulçinskaya ekstra № 3”, “Tulçinka”, üzərində inək şəkli olan bu kimi yağlar barədə məlumatlar verdik. Bu yağların üzrərində yazılırdı ki, bitki yağıdır, ancaq o bitki yağının hansı bitki yağı olduğu məlum deyildi. AQTA-dan xahiş etdik ki, onlarla bağlı tədbir görülsün, etiketində düzgün məlumat yazılsın. Ancaq çox təəssüf ki, heç bir iş görülmədi. Vəziyyət hələ də düzəltməyib.
Bir çox qarışıq yağ istehsalçıları etiketdə bitki yağı yazmaqla istehlakçıları aldadırlar. Yəni yağın mənşəyi olmalıdır. İstehlakçı nə alıb işlətdiyini bilməlidir.
Bu gün satışda üzərində heç bir bağlaması olmayan, mənşəyi, tərkibi, istifadə müddəti bəlli olmayan yağlar var. Əksəriyyəti 82 faiz kərə yağı adı ilə satılır. Bu yağlardan birdəfəlik imtina etmək, uzaq durmaq lazımdır”.

Nigar

Seçilən
1
tribunainfo.az

1Mənbələr