2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi uzunluğu 3 032,4 kilometr təşkil edən yol salınıb.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, ötən il Avtomobil Yolları Dövlət Agentliyi Ağdam, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Şuşa-Laçın, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Toğanalı Kəlbəcər-İstisu avtomobil yollarının inşasını aparıb, 35 avtomobil yolunun layihələndirilməsini və tikintisini yerinə yetirib, o cümlədən respublika əhəmiyyətli 875,4 kilometr və yerli əhəmiyyətli 2 157 kilometr yol salıb.
Dövlət Proqramına uyğun olaraq il ərzində işğaldan azad olunmuş ərazilərdə 7 kəndə gedən avtomobil yollarının və 4 rayonlararası avtomobil yollarının da tikintisi işləri həyata keçirilib. O cümlədən:
- Cəbrayıl rayonu, Horovlu kəndinə gedən avtomobil yolunun tikintisi - (2,8 kilometr, 2 hərəkət zolaqlı, icra 97 %);
- Ağdam rayonu, Kəngərli kəndinə gedən avtomobil yolunun tikintisi - (3 kilometr, 2 hərəkət zolaqlı, icra 38 %);
- Qubadlı rayonu, Mahruzlu kəndinə gedən avtomobil yolunun tikintisi - (0,3 kilometr, 2 hərəkət zolaqlı, icra 10 %);
- Qubadlı rayonu, Zilanlı kəndinə gedən avtomobil yolunun tikintisi - (0,2 kilometr, 2 hərəkət zolaqlı, icra 10 %);
- Zəngilan rayonu, Cahangirbəyli kəndinə gedən avtomobil yolunun tikintisi - (0,5 kilometr, 2 hərəkət zolaqlı, icra 10 %);
- Xocalı rayonu, Malıbəyli kəndinə gedən avtomobil yolunun tikintisi - (1 kilometr, 2 hərəkət zolaqlı, icra 35 %);