AZ

Yelizaveta Ruban: “Bu, karyeram və milli üçün önəmlidir” - MÜSAHİBƏ

Azərbaycan millisinin və Rumıniyanın “Alba” klubunun voleybolçusu Yelizaveta Rubanın İdman.biz-ə müsahibəsi

- CEV kubokunda “Vaşaş”a qalib gəlməklə, son üç mövsümdə ikinci dəfə avrokuboklarda finala yüksəldiz. Bu uğurlu gedişatı necə şərh edərdiniz?

- İki il öncə Çağırış kubokunun finalında oynamışdım. Bu il isə CEV kubokunun həlledici görüşünə yüksəldik. İndi biz finaldayıq və əlbəttə ki, qalibiyyətin çox çətin olacağını başa düşürük. Ancaq qızıl medal üçün mübarizə aparmaq istəyirik.

- “Alba”nın əsas hədəf nədir? Rumıniya çempionatında da birincilik çətin olmayacaq?

- Xeyr. Rumıniya çempionatında hədəfimiz yüksəkdir. Çempionluq və Rumıniya kubokunu qazanmaq istəyirik. Komanda olaraq məqsədlərimizə doğru yavaş-yavaş irəliləyirik.

- Sizcə, ölkə xaricində qazandığınız təcrübə millidəki performansına ciddi təsir edəcək?

- Artıq yeddi mövsümdür ki, Azərbaycandan kənarda oynayıram və bu, həm karyeram, həm də milli üçün önəmli məqamdır. Mən təkcə çempionatda deyil, həm də Avropada qazandığım təcrübəmlə yığmaya faydalı ola bilirəm.

- Azərbaycan və Rumıniya çempionatları arasında nə kimi fərqlər var?

- Fərq böyükdür, çünki Rumıniya çempionatının özü güclüdür. Burada limitə görə hər klubda 2 yerli oyunçu olmalıdır. Bu səbəbdən onlar demək olar ki, Rumıniyadan kənara getmir. Çünki şərtlər və müqavilələr sərf edir. Legionerlər isə Azərbaycana gələnlərdən güclüdür. Bu da çempionata rəng qatır.

Aytac Sahəd
İdman.biz

Seçilən
12
idman.biz

1Mənbələr