Ötən il 22,3 min halda miqrasiya qanunvericiliyinin tələbləri pozulub. "Olaylar"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Hesabat ilində qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri nəzarətdə saxlanılıb, o cümlədən əcnəbilərin qanunsuz miqranta çevrilməsinin qarşısının alınması ilə bağlı zəruri addımlar atılıb, 22,3 min (2023-cü ildə 23,1 min) halda miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib və müvafiq tədbirlər görülüb.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31