Məşhur türkiyəli müğənni və aktyor Mahsun Kırmızıgülün ailəsində ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, sənətçinin ögey anası Zühre Bazencir vəfat edib.
Bu, barədə o, instaqram hesabında yazıb:
"Bu gün Zühre Bazencir anamızın vəfat xəbərini aldım, ürəyim yanır. Ardıcıl itkilər insanın ürəyini parçalayır. O, məni çox sevirdi, həmişə dualarına qatırdı. Ögey övlad olsam da, məni övladlarından ayırmazdı.
Onun sevgisini, duasını hər zaman ürəyimdə daşıyacağam. Ananı itirmək, başqa bir acıdır... Təəssüf ki, xaricdə olduğum üçün onun dəfnində və başsağlığında iştirak edə bilmirəm. Bu ağrılarımı daha da dərinləşdirir".
Qeyd edək ki, M.Kırmızıgülün anası Faika Bazencir ötən ilin dekabrında 99 yaşında vəfat edib.
Bizim.Media