Ötən il əhalinin gəlirləri artaraq 83.1 milyard manat olub.
Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Yəni 2024-cü ilin ilkin məlumatlarına görə əhalinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4% artıb.
Beləliklə, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb.