“Sabah”da çıxış edən iki legioner öz ölkələrinin milli komandalarına dəvət alıblar.
Rekord.az xəbər verir ki, qapıçı Stas Pokatilov Qazaxıstan, yarımmüdafiəçisi Vensan Till isə Lüksemburq yığmasında oynamaq imkanı əldə ediblər.
Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə martın 22-də Uels, martın 25-də Lixtenşteynlə qarşılaşacaq.
Lüksemburq millisi isə martın 22-də İsveç, martın 25-də İsveçrə millisi ilə yoxlama oyununda üz-üzə gələcək.