AZ

“Su təchizatında yaranan müvəqqəti fasilələr dayanıqlı su təminatına xidmət edir”

Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli ilə Əliyar Əliyev küçələrinin kəsişməsində, o cümlədən akademik Həsən Əliyev küçəsinin sonunda Ulduz metrosunun çıxışına yaxın ərazilərdə yeni yolların çəkilməsi, tunellərin qurulması məqsədilə aparılan işlər çərçivəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nərimanov rayon Sukanal İdarəsi müvafiq işlərə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda həmin ərazidə su xətlərinin yerinin dəyişdirilməsi işləri həyata keçirilir. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu qeyd edib ki, görülən işlər çərçivəsində abonentlərin su ilə təminatında müvəqqəti fasilə yarana bilir ki, bunu da həmin ərazidə yaşayan vətəndaşların anlayışla qarşılamaqları xahiş olunur: “Nəticədə məqsəd əhalini dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin etməkdir. Bu fasilələr də məhz görülən işlər çərçivəsində vətəndaşların məmnunluğuna xidmət edir”.

Şəbəkələrdə aparılan təmir-bərpa ilə əlaqədar bir neçə saatlıq fasilələrin yarandığı ərazilərdə abonentlərin digər mənbələrdən su ilə təminatına da çalışılır. 





Seçilən
19
18
qafqazinfo.az

10Mənbələr