AZ

"Bu, Cənubi Qafqazda tarixi addımdır" - Gürcüstan XİN

Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqların yekunlaşmasına Gürcüstan Xarici İşlər Nazirliyi də münasibət bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. 

"Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişinin bütün 17 maddəsi üzrə danışıqların başa çatmasını alqışlayır. Bu, regionda davamlı sülh və sabitliyə doğru atılmış tarixi addımdır", - deyə XİN-in X səhifəsində qeyd olunub. 

Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia həmçinin bildirib: "Bu, Cənubi Qafqaz regionunda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək tarixi addımdır". 

Ağarza Elçinoğlu

Seçilən
25
50
unikal.az

10Mənbələr