AZ

Bayramda ​rayona gedənlərin nəzərinə - Gediş haqqı bahalaşacaq

Novruz bayramında paytaxt əhalisinin əksəriyyəti rayonlara üz tutur. Avtovağzalda bilet tapa bilməyən sərnişinlər taksiylə getməyə məcbur olurlar. Adətən bayram ərəfəsində və bayram günlərində bölgələrə taksiylə sərnişin daşınmasında qiymət artımı müşahidə edilir.

Bəs bu il Novruz bayramında rayonlara gedən taksilərdə qiymət artımı olacaq?

Mövzu ilə bağlı Metbuat.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hər il Novruz bayramı ərəfəsində taksilərdə qiymət artımı müşahidə edilir:

“Bu il də artma ehtimalı çoxdur. Xüsusilə bayram dövründə tələbin artması ilə əlaqədar olaraq, bəzi sürücülər bundan sui-istifadə edirlər. Bu da sərnişinlər və sürücülər arasında narazılığa səbəb olur.

Avtovağazalların bilet qiymətləri isə nisbətən normaldır. Həmçinin onlayn olaraq bilet almaq imkanı da mövcuddur. Bu üsul həm sürücülərdən, həm də taksi qiymətlərindən təsirlənmədən rahat şəkildə səyahət etməyə imkan verir”.

Ekspert qeyd edib ki, taksi qiymətləri ilə bağlı problem ciddi bir boşluqdan qaynaqlanır.

“Taksi sürücüləri əsasən qiymət məsələlərində sərbəst fəaliyyət göstərirlər və buna nəzarət olmur. Xüsusən rayonlar arası fəaliyyət göstərən taksilərdə qiymətlərin sərbəst müəyyənləşdirilməsi bu sahədə tənzimləmənin olmadığını göstərir.

Qanunvericilikdə bu məsələyə dair boşluq olduğu üçün, qiymət artımlarının qarşısını almaq və bu problemlə effektiv şəkildə mübarizə aparmaq çətindir. Bu səbəbdən, bayram günlərində və ya istirahət günlərində taksi qiymətləri artır. Bu da narazılığa səbəb olur”, - deyə E.Muradlı fikirlərini yekunlaşdırıb.

Seçilən
16
5
news24.az

6Mənbələr