AZ

Daha 24 ailə Xocalının Ballıca kəndinə yola salınıb

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 24 ailə (98 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 136-ya (660 nəfər) çatacaq.

Mənbə: oxu.az

Seçilən
37
14
oxu.az

10Mənbələr