AZ

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə xərcləmələr 18 milyard manata çatıb

2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

"2025-ci ildə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub", - deyə o qeyd edib.

Seçilən
2
7
operativmm.az

8Mənbələr