AZ

Aİ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə əldə edilmiş razılaşmanı alqışlayır

Avropa İttifaqı Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı verdiyi müvafiq bəyanatları alqışlayır.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi saytında məlumat dərc edilib.

"Biz hər iki tərəfi son bir neçə ildə bu istiqamətdə həm ikitərəfli yolda, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları əzmkar işlərə görə alqışlayırıq", - bəyanatda qeyd edilib.

Seçilən
12
apa.az

1Mənbələr