AZ

Ötən il su təsərrüfatının inkişafına 540 milyon manat xərcləyib

2024-cü ildə Azərbaycan ərazisində su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyə təminatı üçün 540 milyon manat məbləğində vəsait yönəldilib.

“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

"Təbii olaraq kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli, torpaq ekosisteminin mühafizəsi Hökumət qarşısında duran mühüm çağırışlardan biridir. Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 453 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılıb. Ölkə Prezidenti 10 oktyabr 2024-cü ildə ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” sənədini imzalayıb.

Seçilən
13
2
ikisahil.az

5Mənbələr